Bilik Günü tədbiri keçirilib

    Sentyabrın 15-də Bakı şəhəri 298 nömrəli tam orta məktəbdə yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü tədbiri təşkil olundu.
    Mərasimdə məktəb kollektivi, şəhid ailələrinin üzvləri, qazilər, şagirdlər və valideynlər iştirak etdilər. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.
    Məktəbin direktoru çıxış edərək yeni dərs ili münasibətilə müəllim və şagirdləri təbrik etdi, onlara uğurlar arzuladı. 
    Şagirdlər vətənə,qəhrəmanlığa,məktəbə və müəllimə həsr olunmuş mahnılar oxudular, şeirlər söylədilər.
    Sonda birinci sinif şagirdləri rəmzi olaraq ilk zəngi çalaraq yeni tədris ilinə qədəm qoydular. Tədbir xoş əhvali-ruhiyyə ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi