“Khan Akademy - Azərbaycanca” platformasında riyaziyyat
Məktəbdə dərnəklər şagirdlərin bilik və bacarıqlarını artırmaq üçün böyük əhəmiyyət daşıyır. Fərqli mövzularda olan dərnəklər, şagirdlərə maraq göstərdikləri sahələrdə dərinləşmək imkanı verir. İstər elm, istərsə incəsənət olsun hər bir dərnək şagirdlərin şəxsi inkişafına töhfə verir. Bu fəaliyyətlər vasitəsilə şagirdlər yeni dostlar qazanır, komanda ruhunu mənimsəyir və eyni zamanda seçdikləri sahədə dərin biliklər əldə edirlər.
“Khan Akademy - Azərbaycanca” platformasında riyaziyyat dərnəyi də şagirdlərin sevimli dərnəyidir.
Dərnək rəhbəri məktəbin gənc riyaziyyat müəllimi Əliyeva Xalidədir.Qeyd etmək isyəyirəm ki, şagirdlər bu platforma ilə ötən tədris ilində VII Qrant müsabiqəsi çərçivədində tanış olublar. Belə ki, məktəb kateqoriyası üzrə qalib olmuş məktəbimiz layihənin uğurla yekunlaşdırmışdır. Layihənin effektivliyini nəzərə alaraq məktəb rəhbərliyi şagirdlərin istəyinə uyğun olaraq Əliyeva Xalidənin rəhbərliyi ilə dərnəyin fəaliyyətinə şərait yaratmışdır.