Ümumməktəb tədbiri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib.

Layihə çərçivəsində ümumi təhsil müəssisələrində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlərin təşkili, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Milli-mənəvi dəyərlər və müasirlik” mövzularında şagird təqdimatlarının, məqalələrin hazırlanması, “Kiçik Akademiya”larda konfransların keçirilməsi, məktəblilərin tarixçilərlə görüşləri nəzərdə tutulur.

Eyni zamanda layihə çərçivəsində Novruz bayramına həsr olunmuş tədbirlər, “Açıq dərs”lər, sinif təşkilat saatları, “Dəyirmi masa”, diskusiya, mühazirə, intellektual müsabiqə, yarış və sosial aksiyaların, məktəblilərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, xalqımızın adət-ənənələrinin yer aldığı kinofilmlərin nümayişi, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetlərinin hazırlanması nəzərdə tutulur.

Məktəbimizdə həmin layihənin tədbirlər planına uyğun olaraq məktəbdaxili tədbirlər planı hazırlanıb.

Tədbirlər planında Novruz bayramına həsr olunmuş fəaliyyətlər tam yerinə yetirilib və yekun olaraq Ümumməktəb tədbiri keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi