Veysalova Anaxanım 1Ç "Daş paltar"
Müəllim dərsə başlayarkən ekranda rəngli sxem nümayiş etdirir, sxemə əsasən mətndəki qəhrəman-Biləndərin xüsusiyyətləri qeyd olunur.
Daha sonra sinif 2 komandaya bölünür. Hər bir komanda üzvü alma ağacından alma qoparıb, üzərindəki sözü oxudu. Əlamət bildirən söz olan almalar səbətə yığıldı, əlamət bildirməyən sözü əks etdirən alma ağacın altına yığıldı. Toplanan xallar hər bir komandanın adına yazıldı.
Daha sonra müəllim uşaqlara iş vərəqləri paylandı, fərdi şəkildə tapşırıqlar işləndi.
Dərsin sonunda müəllim məqsədə əsaslanan qiymətləndirmə meyarı əsasında qiymətləndirmə apardı.