27.02.2023-cü il tarixdən məktəbimizdə idman həftəsinə start verildi.

Həftənin ilk günü səhər gimnastikası ilə fəaliyyətə başladıq. Daha sonra idman növləri haqqında fiziki tərbiyə müəllimlərinin məruzələri dinlənildi.
İlk günümüzü psixoloqların idmançıların yarışa hazırlığının psixoloji yanaşması övzusunda seminari ilə başa vurduq.
28.02-2023-cü il tarixdə idman həftəsinin 2-ci günü aşagıdakı fəaliyyətlər həyata keçirildi:
1. Məktəbin fiziki tərbiyə müəllimləri Emin Qurbanov və Gülşən Quliyeva, laborant Aytən Qurbanovanın təşkilatçılığlı ilə idmann viktorinası təşkil olundu. Adı gedən görüşdə Turan, Qələbə, Atəşgah, Zəfər komandaları yarışırdı. Lövhədə idman növlərinə və yarışlara dair mətnli və şəkilli suallar nümayiş olundu, komandalar bu sualları cavablandırdılar. Atəşgah komanası I yerə, Qələbə komandası II yerə, Turan və Zəfər komandaları III yerə layiq görüldü.
Viktorina zamanı məktəbin 10C sinif şagirdləri Kərimov Məhəmməd və Vəliyev Hüseyn məşğul olduqları idman növləri haqqında söhbət etdilər, uğurlarını məktəb yoldaşları ilə bölüşdülər.
2. II-IV siniflərdə sinif rəhbərinin təşkilatçılığı ilə "Olimpiya oyunları uşaqların gözü ilə" mövzusunda əl işləri hazırladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi