"Azərbaycanda qədim insan məskənləri" mövzusunda dərsi keçilmişdi
29.11.2022-ci il tarixində məktəbin tarix müəllimi Pərvanə Məmmədovanın 6A sinfində "Azərbaycanda qədim insan məskənləri" mövzusunda dərsi keçilmişdi. Dərs prosesində şagirdlər Azərbaycanın qədim insan məskənlərindən biri olması, Azərbaycan ərazisində ən qədim insan məskənlərinin tapıldığı ərazilər, eləcə də bu tapıntılar haqqında tarixçilərin araşdırmaları ilə bağlı müxtəlif mənbələr əsasında tətqiqatlar apararaq təqdimatlar hazırladılar.Şagirdlərin istər fərdi istərsə də qrup şəklində apardığı araşdırmalar maraqla dinlənilərək müzakirə olundu və əlavələr edildi. "Avropanın ən qədim sakinləri" xəritəsində adı xüsusilə qeyd olunan Vətənimiz Azərbaycanın qədim sivilizasiya məskəni olması tarixi faktlara əsasən bir daha diqqətə çatdırıdı.Dərsin sonunda şagirdlərin təqdimatları nümayiş etdirildi.