Vl-VII siniflərdə BŞTİ tərəfindən fənn müsabiqələri və fənn olimpiadaları üçün təşkil ediləcək hazırlıq qruplarının seçim imtahan

23.11.2022-ci il tarixdə məktəbimizdə VI-VII sinif şagirdlərini üçün riyaziyyat və məntiq fənni üzrə BŞTİ tərəfindən imtahan keçirilib. İmtahan aşağı yaş qrupları arasında fənn müsabiqələrinə və fənn olimpiadalarına hazırlıq qruplarının təşkil edilməsi üçün seçim məqsədi daşıyıb. İmtahan saat 10.00-da başlayıb. İmtahana VI və VII siniflərdə təhsil alan şagirdlər cəlb edilib. İdarə tərəfindən göndərilmiş sual pdf-ləri kitabça şəklində çap edilərək şagirdlərə paylanıb. Şagirdlərin obyektiv seçimini təmin etmək üçün məktəb tərəfindən imtahana nəzarət yüksək səviyyədə təşkil edilib. 80 dəqiqə davam edən imtahanın nəticələri məlum olduqdan sonra yüksək nəticə göstərmiş şagirdlər ikinci mərhələyə keçid alacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi