Tarix müəllimi Pərvanə Məmmədovadan Zəfər tarixinə həsr olunmuş xüsusi dərsi

Məktəbin tarix müəllimi, Pərvanə Məmmədovanın 8B sinfində Zəfər tarixinə həsr olunmuş xüsusi dərsi təşkil olundu.

Dərs şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlandı. Daha sonra 44 günlük müharibənin planı, gedişi ilə bağlı videoçarx və slaydlar nümayiş etdirildi. 44 günlük müharibənin başlanması, işğaldan azad olunmuş rayonların yaranma tarixi, onların ermənilər tərəfindən işğalı, ordumuzun bu əraziləri azad etməsi və orada görülən quruculuq, abadlıq işləri haqqında şagird təqdimatları dinlənildi. Sonda şagirdlərlə diskusiya təşkil olundu. 1-ci və 2-ci Qarabağ müharibələri müqayisəli təhlil edildi. Qələbənin əldə olunmasında ordu, xalq və dövlət başçısı, Prezident  Ali Baş komandan İ.Əliyevin bir vəhdətdə mübarizəsinin əhəmiyyəti qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi