"Ümidli Gələcək" Sosial Təşəbbüslər Ictimai Birliyi nümayəndələri yuxarı sinif şagirdləri ilə görüşü

"Ümidli Gələcək" Sosial Təşəbbüslər Ictimai Birliyi nümayəndələri yuxarı sinif şagirdləri ilə insan alverindən əziyyət çəkən yetkinlik yaşına çatmayanların təhsili, sosial - psixoloji reabilitasiya mövzusunda maarifləndirici söhbət apardı.

Məlumat üçün deyək ki,"Ümidli Gələcək" Sosial Təşəbbüslər Ictimai Birliyi müvafiq dövlət qurumları ilə (Daxili İşlər Nazirliyi, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, Rayon Polis İdarələri, Rayon İcra Hakimiyyəti nəzdində YYÇİHMK, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi) əməkdaşlığını davam etdirilməsi və rəsmi yönləndirmənin təşkili, uşaqların baxımsızlığının profilaktikası məqsədilə əməkdaşlıqda riskli ailələrin və uşaqların erkən müəyyən edilməsi, əhalinin daha çox toplaşdığı və müraciət etdikləri qurumlarda və ərazilərdə görüşlərin təşkili, maarifləndirmənin aparılması, ailələrə hüquqi yardımın göstərilməsi, zorakılıq, kobud rəftar və insan alverinin potensial qurbanı olan və ya bunlara məruz qalmaq riski yüksək olan yetkinlik yaşına çatmayanların cəmiyyətə reinteqrasiyası təşkil edilir.

Bununla yanaşı proqram çərçivəsində Təhsil Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsi ilə əməkdaşlıqda 2022-2023-cü tədris illəri üzrə tam orta məktəblərdə, peşə məktəblərində uşaq və gənclərlə geniş maarifləndirmə kampaniyaları keçirilməklə, onların mövzu haqqında məlumatlılığı, ölkədə Uşaq Qaynar Xətt xidməti və digər müvafiq qaynar xəttləri haqqında təbliğat, zorakılıqla üzləşdiyi halda müraciət edə biləcəkləri sosial xidmət-yardım mərkəzləri öyrənəcək və təlimçi-ekspertlər tərəfindən yetkinlik yaşına çatmayanların suallarının cavablandırılması həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi