“Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi qaliblərinin təltifetmə mərasimi

BŞTİ tərəfindən keçirilən “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib.

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsində qalib gəlmiş şagirdləri təbrik edərək hər birinə uğurlar arzulayıb.Şagirdlərin dünyagörüşünün, biliyinin və mənəvi aləminin zənginləşməsində mütaliənin rolunun əvəzsiz olduğunu deyən İdarə müdiri bu baxımdan “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsinin məktəbliləri mütaliəyə həvəsləndirdiyini, cəmiyyətdə kitaba olan marağın artırılmasına xidmət etdiyini nəzərə çatdırıb.Daha sonra müsabiqə qaliblərinə diplomlar təqdim olunub.

Məktəbin 8 b sinif şagirdi Fatimə Məmmədzadə də qaliblər arasında olmuşdur. Onu pedoqoji və şagird kollektivi adında ürəkdən təbrik edir,daha böyük nailiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi