11-ci siniflərdə monitorinq
26 oktyabr 2022-ci il tarixində məktəbimizdə 11-ci sinifdə təhsil alan şagirdlərimizin bilik və bacarıqlarının monitorinqi keçirildi. Monitorinqdə şagirdlərə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə DİM-nin buraxılış imtahanının tələblərinə uyğun tapşırıqlar təqdim edildi. Monitorinqin keçirilməsində məqsəd bu istiqamətdə zəif məqamların müəyyən edilməsi və şagirdlərin təlim nəticələrinin yüksəldilməsi istiqamətində yeni işlərin planlaşdırılmasından ibarətdir.