1-ci sinif təhsilalanlarının valideynləri ilə görüş
13 oktyabr tarixində məktəbimizin 1-ci sinfində təhsilalanların valideynləri ilə görüş keçirildi.
Görüşdə məktəbin psixoloqları Gülçin Sadıqova və Sevinc Əzimova valideynlərlə uşaqların məktəbə adaptasiyasını sürətləndirmək barəsində söhbət apardılar. Müəyyən tövsiyələr verildi.
Məktəbin direktor müavinləri Mahirə Nuriyeva və Xatirə Rəhimova məktəbin daxili nizam-intizam qaydaları, tədrisin vəziyyəti barədə valideynləri məlumatlandırdılar. Eyni zamanda irad və təkliflər dinlənildi.