Valideynlərlə görüş

07 oktyabr 2022-ci il tarixdə 9C sinfində təhsil alan bir qrup şagirdin valideyni ilə görüş keçirildi. Görüş zamanı məktəbin psixoloqları Gülçin Sadıqova və Sevinc Əzimova valideynləri Bulinq mövzusunda məlumatlandırdılar. Valideynlərə izah olundu ki, sinifdə uşaqlar arasında kiçik saydığımız bəzi hərəkətlər, zarafatlar belə psixoloji şiddət hesab olunur. Övladlarının tərbiyəsində bunları nəzərə almaqları və valideyn-övlad münasibətlərində daha humanist olmaqları tövsiyə olundu. Bundan əlavə övladlarının heç kimə bulinq etməməsi üçün onlarda empatiya hissinin aşılanması da tövsiyə olundu.

Görüşdə psixoloqlarla yanaşı məktəb rəhbərliyi və sinif rəhbəri iştirak etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi