Məktəbəhazırlıq qruplarında ilk dərs günü
3 oktyabr tarixində məktəbəhazırlıq qruplarında ilk dərs günü qeyd edildi. Həftədə 4 gün fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və vərdişlərin formalaşdırılmasıdır. İlk dərs gününün həyacanını və sevincini 5 yaşlılar öz sevimli müəllimləri ilə birgə yaşadılar. Məktəbə ilk qədəmlərini qoyan fidanlara dərslərində uğurlar arzu edirik.