Yeni dərs ilinə start verilib

Paytaxtın ümumi təhsil məktəblərində ilk dərs günü ilə bağlı tədbirlər keçirilib.

Tədbirlərdə elm və təhsil nazirinin müavini Muxtar Məmmədov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin, BŞTİ-nin struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri, müəllimlər, sabiq məzunlar, valideynlər və şagirdlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə  Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıblar.

Elm və Təhsil Nazirliyinin, BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar.

Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslərin “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunması şagirdlərin tədris ilinə daha böyük ruh yüksəkliyi ilə başlamasına şərait yaradır.

Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 485 000-ə yaxın şagird təhsil alacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi