Məktəbimizdə Yay məktəbi çərçivəsində dərslər davam edir..Yay məktəbinin beşinci günü

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.06.2022-ci il tarixli F-331 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.06.2022-ci il tarixli F-219 nömrəli əmrinə əsasən 298 nömrəli tam orta məktəbdə könüllülük prinsipi əsasında Yay məktəbi çərçivəsində dərslərə 16.06.2022-ci il tarixdən start verilib.

Ötən tədris ilinin sonunda olduğu kimi, bu il də Yay məktəbi proqramı hazırlanıb. İki həftə ərzində şagirdlərə həm əyləncəli, həm öyrədici, həm də stimullaşdırıcı fəaliyyərlərə köklənərək cədvəl qurulub .

Yay məktəbinin beşinci günü, ingilis dili müəllimlərinin rəhbərliyi ilə ingilis dili fənnindən məşğələ təşkil olundu.

Şagirdlərə ilk olaraq "Gingerbread man" cizgi filmi nümayiş olundu. Cizgi filminin nümayişi zamanı səslənmə ilə yanaşı səsləndirilən fikirlər yazı şəkildə göstərilirdi.

Daha sonra film əsasında şagirdlər müəyyən tapşırıqlar icra etdilər.Məşğələnin məqsədi şagirdlərdə sözlərin yazılışı və tələffüzünü öyrənmək, eləcə də dinləyib-anlama və oxuyub-anlama bacarıqlarının inkişaf etdirməkdən ibarətdir.

Sonra isə şagirdlər məktəb binasında olan güllərin, həyətyanı sahədəki bitkilərə qulluq edib, bitkilər haqqında müzakirələr apardılar.

Məşğələnin məqsədi şagirdlərdə təbiətə sevgi hissinin aşılamaq və bitkiləri tanıtmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi