Yay məktəbinin dördüncü günü

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.06.2022-ci il tarixli F-331 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.06.2022-ci il tarixli F-219 nömrəli əmrinə əsasən 298 nömrəli tam orta məktəbdə könüllülük prinsipi əsasında Yay məktəbi çərçivəsində dərslərə 16.06.2022-ci il tarixdən start verilib.

Ötən tədris ilinin sonunda olduğu kimi , bu il də Yay məktəbi proqramı hazırlanıb. İki həftə ərzində şagirdlərə həm əyləncəli, həm öyrədici həm stimullaşdırıcı fəaliyyərlərə köklənərək cədvəl qurulub.

Yay məktəbinin dördüncü günü, riyaziyyat müəllimləri İsmayılova Gülşən, Vəlizadə Sahibənin rəhbərliyi ilə riyaziyyat fənnindən məşğələ təşkil olundu. Şagirdlərlə onların çətinlik çəkdiyi mövzular araşdırıldı, müxtəlif tapşırıqlar yerinə yetirildi.

Daha sonra məktəbin psixoloqları Əzimova Sevinc və Sadıqova Gülçin uşaqlarla psixoloji məşğələ təşkil etdi.

Məktəbin psixoloqu Sevinc Əzimova şagirdlərlə Nağıl terapiyası təşkil etdi.

Bu terapiya zamanı nitq inkişaf edir, təfəkkür, təxəyyül formalaşır. Şagirdlər nağılın sonunu  özləri tamamladı.Qrup halında ümumi müzakirə aparıldı.

Məktəbin psixoloqu Gülçin Sadıqova isə şagirdlərlə "Arzular ağacı" metodikasını keçirdi.Şagirdlər öz arzu və xəyallarını yazdılar. Hər bir şagird psixoloji məşğələdə aktiv şəkildə iştirak etdilər. Sonda şagirdlərlə əyləncəli oyun keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi