Yay məktəbinin üçüncü günü
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.06.2022-ci il tarixli F-331 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.06.2022-ci il tarixli F-219 nömrəli əmrinə əsasən 298 nömrəli tam orta məktəbdə könüllülük prinsipi əsasında Yay məktəbi çərçivəsində dərslərə 16.06.2022-ci il tarixdən start verilib.
Ötən tədris ilinin sonunda olduğu kimi , bu il də Yay məktəbi proqramı hazırlanıb. İki həftə ərzində şagirdlərə həm əyləncəli, həm öyrədici həm stimullaşdırıcı fəaliyyərlərə köklənərək cədvəl qurulub.
Yay məktəbinin üçüncü günü, şagirdlər Qaraca Qız filmini izlədilər. Daha sonra film haqqında təsüratlarını əks etdirən esse yazdılar. Üçüncü dərs isə şagirdlərin Azərbaycan musiqisinə olan marağını müəyyənləşdirmək üçün əyləncə şəklində interaktiv dərs təşkil olundu.