Şəhid Ilqar Məmmədovun anım günü
08.04.2015-ci il tarixdə şəhid İlqar Məmmədovun 41-ci il dönümü ilə əlaqədar İlqarsız keçən illər" adlı tədbir keçirildi. Tədbirdə Binəqədi rayonİcra hakimiyyətinin məsul işçisi Seymur Hacıyev,Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Qadınlar Şurasının sədri Fəridə Ləman ,ehtiyatda olan kapitan Gülarə Musayeva , Jurnalist,"Qırxıncı qapı" jurnalının redaktoru Nəzmiyyə Hicran Şairə Tahirə Öztürk, hərbi müxbir Leyla Həsənova , Biləcəri bələdiyyəsinin üzvü Fəridə Rzayeva,Biləcəri Kənd nümayəndəliyinin mühəndisi Osman Qasımov,şəhidin ailə üzvləri ,döyüş yoldaşları və b. iştirak edirdi. Tədbirdə vətənpərvərlik ruhunda yazılmış şeirlər söyləndi, mahnılar oxundu.