"Ailəm və Məktəbim " layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022 -ci il tarixli  F-145 nömrəli əmrinə əsasən məktəbimizdə tədbirlər planı hazırlanmışdır.

Tədbirlər planına əsasən 4 iyun 2022-ci il tarixində məktəbdə "Ailəm və Məktəbim" ailə intellektual yarışması keçirildi.

Yarışmaya ailə şəklində məktəbin şagirdləri qatıldılar.

İki mərhələnin sonunda

ZEYNALOVLAR AİLƏSİ "Xarı Bülbül" komandası birinci yerə

ZEYNALOVLAR AİLƏSİ "Qala" komandası ikinci yerə

ƏSƏDOVLAR AİLƏSİ "ZƏFƏR " komandası üçüncü yerə layiq görüldülər.

Qaliblər Diplom və hədiyyə ilə, bütün iştirakçılar isə Sertifikatla təltif olundu.

Ailəm və məktəbim layihəsinin keçirilməsində əsas məqsəd Ailə - məktəb münasibətlərinin səmərəli təşkili, böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə və özünü dərk etməsinə, bilik və bacarıqlarının inkişaf etdirməsinə töhvə verməkdir.

Bu səmərəli əməkdaşlığa görə iştirakçı ailələrə, xüsusən ATALARA dərin təşəkkür edirik.https://fb.watch/dthOwHZOaY/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi