“Əziz Şuşa,sən azadsan!” adlı ədəbi - bədii xeyriyyə konserti təşkil olunub

Bu möhtəşəm nida cümləsi 44 günlük Vətən müharibəsinin kuliminasiya nöqtəsi, simvolu oldu.Şuşa mənəvi cəhətdən qeyrət qalası, mədəniyyət beşiyi idisə, maddi cəhətdən də yüksək strateji əhəmiyyətə malik xüsusi əhəmiyyət kəsb edən hərbi mövqe idi.Məhz bu səbəbdən 44 gün davam edən Vətən müharibəsinin əsas aparıcı siması Ali Baş Komandan İlham Əliyevin bu qısa və lakonik, xüsusi məna yükünə malik nidası dillər əzbərinə çevirildi.Az qala bütün dünya bu cümləni elə bu səslənmədə və bu mənada qəbullandı və yaddaşına həkk elədi.

Təsadüfdənmi, zərurətdənmi, Şuşanın mənfur düşmənlərdən azad olması az qala onun yubiley ilinə təsadüf etdi və elə hər iki münasibətlə ölkə prezidenti 2022-ci ili “Şuşa ili” elan etdi. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı hər bir azərbaycanlının ürəyini riqqətə gətirdi.Ölkəmizdə fəaliyyət göstərən bütün dövlət müəssisələri, qeyri-hökumət təşkilatları, ayrı-ayrı qurumlar bu möhtəşəm tarixi layiqincə qeyd etmək üçün öz profillərinə uyğun tədbirlər planı hazırlayıb həyata keçirməyə başladılar.

Bakı şəhəri İ.Məmmədov adına 298 nömrəli məktəb də digər təhsil müəssisələri kimi “Şuşa ili” çərçivəsində fəaliyyət və tədbirlər planı hazırlamış və həyata keçirmişdir .

Bu yöndə görülmüş işlərə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Qurbanovanın təşkiçatçılığı, 10a sinfinin iştirakı ilə 21.05.2022-ci il tarixdə reallaşan “Şuşa,sən azadsan!” adlı ədəbi - bədii xeyriyyə konsertini də aid etmək olar.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Amal Əsgərov, Azərbaycan Respublikası Elmlər Akademiyasının əməkdaşları Aygün Bağırova, Mehman Həsənli, Gülnar Babayeva və habelə məktəb direktorları, Şəhid ailələri, qazilər, ”Ümid yeri” körpələr evində tərbiyə alan körpələrin də iştirak etdiyi tədbir öz möhtəşəmliyi ilə diqqət çəkirdi.

Tədbir iştirakçılarını Sevinc İmanovanın rəhbərlik etdiyi Musiqi dərnəyinin üzvləri TİÜDM Xatirə Rəhimovanın sözlərini məktəb mühitinə uyğumlaşdırdığı

“Bura məskənidir gözəlliklərinadlı məktəb himni ilə qarşıladılar. Sonra qonaqlar “Şuşa-270” və gənc fiziklərinin "Gələcəyin Mühəndisi " IV Respublika Müsabiqəsi çərçivəsində hazırlanmış əl işlərindən ibarət sərgiyə baxış keçirdilər. Sonra tədbir iştirakçıları açıq havada təşkil olunmuş Qarabağ mətbəxini əks etdirən səhnə ilə tanış oldular.Məktəbin akt zalına dəvət alan qonaqlar “Şuşa,sən azadsan!”adlı ədəbi-bədii kompozisiya ilə qarşılandılar.

Kompozisiya Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı.Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi və şagirdlərin ifasında Şuşa ədəbi mühitini əks etdirən, habelə Şuşa həyatına həsr olunan dram əsərlərindən parçalar əsasında hazırlanmış səhnəciklər nümayiş olundu, Şuşanın tanınmış simaları öz dillərində “danışdırıldı”.

Müğənni, əməkdar artist,Milli Konservatoriyanın müəllimi Səlim Abbasovun və Mahir Əsgərovun oxuduğu vətənpərvərlik mahnıları da tədbirə xüsusi rəng qatdı.

“Şuşa,sən azadsan!”adlı ədəbi-bədii kompozisiyanın təqdimatından sonra məktəbin direktoru Xatirə Hacıyeva çıxış etdi və qonaqlara söz verdi.

Çıxışçılar - Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi Amal Əsgərov və Azərbaycan Respublikası Elmlər Akademiyası- nın əməkdaşları Aygün Bağırova Mehman Həsənli məktəbə kitablar hədiyyə etdilər.

Eyni zamanda məktəbin 10 cu sinif şagirdi İbrahimova Ramilənin " Azad Şuşa " adlı rəsmi Ədəbiyyat İnstitutuna hədiyyə olundu.

Tədbirdən sonra şəhid uşaqlarına və "Ümid yeri " körpələr evindən olan balaca qonaqlara hədiyyələr verildi.

Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi