Ailəm və məktəbim layihəsinin icrasına start verilib
Ailə və məktəb münasibətlərinin səmərəli təşkili, böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə və özünü dərk etməsinə, bilik və bacarıqlarının inkişaf etdirməsinə sistemli töhvə verir. Ailə - məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədi ilə Bakı Şəhəri Təhsil İdarəsinin F -145 nömrəli əmrinə uyğun olaraq məktəbdə əmr imzalanmış və tədbirlər planı hazlrlanmışdır.
Tədbirlər planının 1-ci bəndinə uyğun olaraq BŞTİ-nin əməkdaşı Səidə Əhmədova 29.04.2022-ci il tarixində məktəbdə oldu.
O, "Uşaqlarla necə dialoq qurulmalı?", Uşaqların davranışlarını və duyğularını açıq şəkildə ifadə etmələrini necə təmin etmək olar? mövzuları ətrafında valideyinlərə seminar keçdi.
Valideyinlər tərəfindən böyük rəğbətlə qarşılanan görüş onların mövzu ətrafında suallarının cavablandırılmasıbdan sonra yekunlaşdı.