Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransı keçirildi

23, 24 aprel 2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Məktəblinin Dostu” və “Sağlam Təhsil Sağlam Millət” layihələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Təhsildə Sosial Psixoloji Xidmətdə problemlər, perspektivlər” mövzusunda Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransı keçirildi.​Konfransda məktəbimizin psixoloqu Sevinc Əzimova da iştirak etdi. Konfransın sonunda isə psixoloqlara sertifikatlar təqdim olundu.

Hal-hazırki dövürdə məktəblərdə ixtisasına hakim psixoloqlara ehtiyac var. Sevindirici haldır ki, məktəbimizin psixoloqu Sevinc Əzimova hər zaman öz üzərində işləyir, şəxsi inkişafı, ixtisasının təkmilləşdirilməsi üçün seminarlara, müzakirələrə qoşulur.

Uğurlar, Sevinc xanım. Hər zaman irəli!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi