“Oxu günü” layihəsi çərçivəsində tədbirlər davam edir

“Oxu günü” tədbirinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Təhsil nazirinin 04 aprel 2019-cu il tarixli F-103 nömrəli əmrinin “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-147 nömrəli əmrini icra etmək məqsədi ilə ayrı-ayrı siniflərdə layihəyə uyğun tədbirlər həyata keçirilir. Növbətin tədbir 5Ç sinfinin Azərbaycan dili və ədəbiyyat müəllimi və sinif rəhbəri Bibixanım Təhməzovanın təşkilatçılığı ilə baş tutdu.Şagirdlər oxuduqları kitablar haqqında təqdimat etdilər, əsərin mövzusu, ideyası barədə məlumat verdilər.

Daha sonra məktəb rəhbərliyi bütün şagirdlərə kitab hədiyyə etdi.

Bu cür tədbirlərin keçirilməsi çox böyük əhəmiyyətə malikdir .Belə ki, şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülün obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.Qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi hazırki dövrdə milli dəyərlərin, xalqımızın mənəvi simasını əks etdirən mədəni irsinin və adət -ənənələrinin qorunub saxlanılaraq nəsildən nəslə ötürülməsində onların digər mədəniyyətlərlə müqayisə olunub müvafiq nəticələr çıxarılmasında mütaliə əvəzsiz təsir gücünə malikdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi