Lütfi Zadə Məntiq Olimpiadası və Məktəblilərarası VII Fənn Müsabiqələridə şagirdlərimizin uğurları
02 aprel 2022-ci il tarixində Lütfi Zadə Məntiq Olimpiadası, 03 aprel tarixində 6-cı və 7-ci sinif şagirdləri arasında Məktəblilərarası VII Fənn Müsabiqələri təşkil edilmişdir. Hər iki müsabiqədə müvafiq fənlər üzrə iştirakçıların 20%-i növbəti mərhələyə keçməsi qərarı alınmışdır.
Lütfi Zadə Məntiq Olimpiadasında 3 şagirdimiz, Məktəblilərarası VII Fənn Müsabiqələrində isə 7 şagirdimiz növbəti mərhələdə iştirak etmək üçün vəsiqə qazanıblar.
Şagirdlərimizi təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq.