Şəhidin doğum günü qeyd edilib
Məktəbin şəhid məzunu,məktəbin adını daşıdığı İlqar Məmmədovun 48-ci doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şəhidin anası Şərifə Məmmədova, Şəhid Anaları Xeyriyyə mərkəzi Binəqədi rayon şöbəsinin sədri Yetər Aboyeva, Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbov,şəhidin qohumları, sinif yoldaşları da iştirak edirdi.
Tədbir boyu şəhidin bacısı Xalidə xanımın hazırladığı, İlqarın ömür yolunu əks etdirən videoçarxa baxıldı,vətənpərvərlik ruhunda mahnılar oxundu,şeirlər ,söylənildi.
Sonda məktəbin direktoru Xatirə Hacıyeva çıxış etdi.
Daha sonra məktəbin"Hər şəhidin şərəfinə bir ağac əkək" aksiyasına uyğun olaraq İlqar Məmmədovun şərəfinə ağac əkildi.Aksiyada məktəb rəhbərliyi,şəhidin anası,Yetər Aboyeva,İlham Qayıbov və şagirdlər iştirak etdi.