Bahar çələngi – layihəsinə həsr olunmuş yekun tədbir keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası məqsədi ilə Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər planına əsasən məktəbdə silsilə tədbirlər keçirilmişdir.
19.03.2022-ci il tarixində məktəbdə layİhənin yekunu olaraq Ümumməktəb tədbiri təşkil edildi. Tədbir ibtidai sinif müəllimləri Leyla Həsənova və Mehribanın Salmanovanın təşkilatçılığı, 4A və 4C siniflərinin iştirakı ilə baş tutdu.
Əsl bayram abu - havasında rəngarəng musiqi nömrələri, rəqs nümunələri, şeirlər, səhnəciklər əsasında hazırlanmış tədbir bütün qonaqlara xoş təsir bağışladı. Milli bayramımızın rəmzləri olan kosa və keçəl, bahar qızı tədbirə xüsusi gözəllik qatdı.
Sonda məktəbin direktoru təbrik nitqi söylədi bütün kollektivi bayram münasibəti ilə təbrik etdi.
Daha sonra məktəbin həyətində bayram tonqalı yandırıldı.Uşaqlar, müəllimlər tonqal ətrafında yallı getdilər.
Bahar çələngi layihəsi məktəbdə mükəmməl şəkildə icra olundu. Bu layihənin icrası şagirdlərdə milli - mənəvi dəyərlərimizə sahib çıxmağa, onları sevməyə adət- ənələrimizi qoruyub gələcək nəsillərə ötürməyimizə düşünülmüş bir fəaliyyət kimi hələ uzun illər davam edəcək.
BAYRAMINIZ MÜBARƏK !