"Bahar çələngi " layihəsinin icrası davam edir

BŞTİ-nin 01.03.2022 -ci il tarixli F 85 nömrəli əmrinə əsasən məktəbdə Tədbirlər planı hazırlanmışdır. Tədbirlər planının icrası böyük həvəslə davam etdirilir.

Məktəbin biologiya müəllimi Quliyeva Rayifə müəllimin təşəbbüsü ilə "Ekologiya və sağlamlıq" mövzusunda tədbir keçirildi.

Azərbaycan Dövlət Himni ilə açılan tədbirdə şagirdlər ekologiya ilə bağlı təqdimatları nümayiş etdirdilər. Geniş araşdırmanın təqdimatı kimi düşünülmüş tədbirdə mövzuya uyğun səhnəciklər, rəqslər də nümayiş olundu.

Tədbirin əvvəlində məktəbin ibtidai sinif şagirdlərinin növbə ilə sərgiyə baxışı təşkil olunmuşdu. Uşaqlara ekologiya ilə bağlı suallar verildi, qaliblər kiçik hədiyyələrlə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi