Bahar çələngi–layihəsinin icrası davam edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası məqsədilə Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər planına əsasən məktəbin ingilis dili müəllimlərinin təşəbbüsü ilə Novruz bayramının keçirildiyi digər ölkələrin adət- -ənənələri, o cümlədən Novruz adətləri barədə məktəblilərin məlumatlandırılması məqsədi ilə tədbir keçirildi.
Novruz adət-ənənələri ilə bəzədilmiş səhnədə şagirdlər ingilis dilində çıxışlar etdilər, şeirlər söylədilər. Görkəmli bəstəkarımız Üzeyir Hacıbəyovun "Arşın Malalan" operattasından Vəli və Tellinin dueti, "Tərəkəmə", "Yallı" rəqsləri tədbirə xüsusi rəng qatdı. Sonda məktəbin direktoru çıxış edərək öz arzularını bildirdi və tədbirin təşkilatçılarına təşəkkür etdi.