"Bahar çələngi " layihəsinin icrası "Novruz bayramı" mövzusunda əyləncəli dərslə davam edir
BŞTİ-nin 01.03.2022 -ci il tarixli F 85 nömrəli əmrinə əsasən məktəbdə Tədbirlər planı hazırlanmışdır. Tədbirlər planının icrası böyük həvəslə davam etdirilir.
Məktəbin ibtidai sinif müəllimi Nərgiz Dadaşova "Novruz bayramı" mövzusunda əyləncəli dərs təşkil etdi.
Dərs zamanı ilk olaraq həftənin gününə, ilin fəsillərinə aid suallar qoyuldu. Daha sonra yaz fəslində qeyd olunan bayramlar haqqında, eləcə də Novruz zamanı icra olunan fəaliyyətlər haqqında suallar cavablandırıldı.
Mətnin abzasları Novruz çərşənbələrinin adı ilə adlandırıldı.
Qruplar müxtəlif tapşırıqlar icra olundu. Krossvordlar işləndi, Novruz adət-ənənələri təhlil edildi.
Dərsin maraqlı məqamı isə qızların bayram haxıştası ifa etmələri, uşaqların yumurta döyüşməsi oldu.
Dərsin sonunda şagirdlərin əldə etdikləri nəticələr QS əsasında qiymətləndirildi.