"Bahar çələngi " layihəsi davam edir
BŞTİ-nin 01.03.2022 -ci il tarixli F-85 nömrəli əmrinə əsasən məktəbdə Tədbirlər planı hazırlanmışdır. Tədbirlər planının icrası böyük həvəslə davam etdirilir.
Məktəbin fiziki tərbiyə müəlliminin təşəbbüsü ilə məktəblilər arasında xalq oyunlarımızdan olan "Yaylıq atma " və "Bənövşə " oyunları oynanıldı.
Bildiyimiz kimi "Yaylıq atma "( başqa adı "Dəsmal aldı- qaç") Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Məktəbimizin şagirdləri də bir qədər bu oyunu müasirləşdirərək layihə çərçivəsində həvəslə oynadılar.
Digər təşkil olunan oyun isə "Bənövşə" oyunu oldu. Bu oyun da əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim uşaq oyunu növüdür.
Şagirdlərimiz bu oyunu da həvəslə oynadılar.