“Bahar çələngi " layihəsinin icrası davam edir

BŞTİ-nin 01.03.2022-ci il tarixli F 85 nömrəli əmrinə əsasən məktəbdə Tədbirlər planı hazırlanmışdır.Tədbirlər planının icrası böyük həvəslə davam etdirilir.

14 mart 2022-ci il tarixində məktəbin UBTR Arzu Əliyeva məktəbdaxili müsabiqəyə təqdim olunmuş, Novruz rəngarəngliyini özündə əks etdirən, bahar ətirli divar qəzetlərindən və milli dəyərlərimizlə, bayram atributlarımızla göz oxşayan rəsmlərdən ibarət sərgini təqdim etdi.

Sərgi həm şagirdlərin, həm müəllimlərin marağına səbəb oldu. Uşaqlar həvəslə hazırladıqları qəzetləri oxudular, gün boyu rəsmlərə baxdılar.Sonda 3 divar qəzeti, 3 rəsm nümunəsi diplomla,2 divar qəzeti,2 rəsm nümunəsi isə sertifikata layiq görüldü. Qaliblərin mükafatlandırılması 19.03.2022-ci il tarixində keçiriləcək Ümumməktəb festivalına planlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi