"Fəxr edilməli övlad" layihəsi həyata keçirilib

Şagirdlərdə mədəni səviyyəni yüksəltmək, valideyn-övlad ünsiyyətinin möhkəmlənməsinə şərait yaratmaq, valideyinlərdə və şagirdlərdə məktəbə inam, sevgi hissini gücləndirmək məqsədi ilə məktəbdə "Fəxr edilməli övlad " layihəsinə start verilmişdir. Müsbət keyfiyyətləri, davranışı, təhsili ilə seçilən şagirdlər müəyyənləşdirilmiş və onların valideyinlərinin iş yerlərinə təşəkkür məktubu ünvanlanmışdır. Məktubda müəssisə rəhbərlərindən işçilərə kollektivin iclaslarında övladlarına görə, “Təşəkkür" elan edilməsi xahiş olunmuşdur.

Təşəkkür hər kəsin bir-birinə borclu olduğu amma kimsənin ödəmək məcburiyyətində olmadığı bir borcdur.Ödənildiyində qazancı, ödənilmədiyində də itkisi böyükdür. Əziz valideyinlər, bir daha məktəbimiz adından belə gözəl övladlar tərbiyə etdiyiniz üçün sizə

"Təşəkkür" edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi