"Bahar çələngi" layihəsinin icrası davam edir

Məktəb kitabxanasında “Novruz bayramı bədii ədəbiyyatda” adlı tədbir keçirildi.

    BŞTİ-nin 01.03.2022-ci il tarixli F 85 nömrəli əmrinə əsasən məktəbdə Tədbirlər planı hazırlanmışdır.Tədbirlər planının icrası böyük həvəslə davam etdirilir.9 mart 2022-ci il tarixində məktəbin kitabxana müdiri Rəhmanova Elmiranın təşkilatçılığı ilə  “Novruz bayramı bədii ədəbiyyatda” adlı tədbir keçirildi.Tədbirin əvvəlində xalqımızın adət-ənənələrinin əks olunduğu kitab və bədii məqalələrdən ibarət guşə şagirdlərə təqdim olundu və Elmira xanım şagirdlərə Novruz bayramının bədii ədəbiyyatda əks olunması ilə bağlı məlumat verdi.Daha sonra kitabxananın daimi balaca oxucuları öz hazırladıqları  "Novruz " kompozisiyasını təqdim etdilər. Tədbirin sonunda məktəbin direktoru Xatirə Hacıyeva və direktor müavini Xatirə Rəhimova öz fikirlərini iştirakçılarla bölüşdülər və adət-ənənələrimizin təbliğində belə tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi