Məşhur yazıçı Gülzar nənəylə görüş

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2015-ci il tarixli əmri"ndən irəli gələn vəzifələri yerinə yetirmək məqsədi ilə 06.04.2015-ci il tarixdə Bakı şəhəri 298№-li tam orta məktəbdə tanınmış uşaq yazıçısı,"Sehrli dünyam " uşaq jurnalının redaktoru Gülzar İbarahimova ilə görüş keçirildi. Görüşdə yazıçının 3b sinif şagirdlərinin ifasında səhnələşdirilmiş "Ana axtaran maral" hekayəsi tamaşaçılara təqdim olundu .Sonra məktəbin direktoru Şaiqə Hüseynova çıxış etdi və sözü yazıçıya verdi. Gülzar nənə adı ilə uşaqların sevimlisinə çevrilmiş Gülzar İbrahimova da öz çıxışında məktəb rəhbərliyinə, tamaşanın hazırlanmasında əməyi olan hər kəsə--3b sinif şagirdlərinə,3b sinfinin rəhbəri Zeynəb Əliyevaya öz təşəkkürünü bildirdi və şagidrlərə hədiyyələr verdi. Daha sonra həmin sinfin şagirdi Nəcəfzadə Zeynəbin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi