"Zəfər tariximiz" İdman həftəsində
Müəllim Mehriban Salmanovanın təşkilatçılığı və 4B sinif şagirdlərinin iştirakı ilə intellektual oyun keçirildi.
Oyunçular zəfər və qələbə kartlarını təsadüfi seçməklə "Zəfər" və "Qələbə" komandalarına bölündü. Daha sonra hər bir komanda iştirakçısı toxunmamaq şərti ilə maneələr arasından hərəkət edərək qutudan bir karandaş seçirdilər. Oyunçular karandaşı söküb içindəki kağıza yazılmış sualı yazılı şəkildə cavablandıraraq gəldiyi qaydanı gözləmək şərti ilə geri qayıdır, komanda yoldaşı ilə görüşür, oyun estafetini ona ötürürdü.
Sonda "Qələbə" komandası oyunu tez bitirdi. Cavablar yoxlanıldı. Qalib komanda elan olundu. Qalib olmuş "Qələbə" komandası müəllim tərəfindən hədiyyələrlə mükafatlandırıldı.
Qeyd edək ki, hər bir oyunçu sinəsində ŞƏHİD şəklini daşıyırdı. Oyun zamanı istifadə olunmuş suallar "Zəfər tariximizi" əhatə edirdi. https://youtu.be/yYCdQU36nLs