İdman həftəsi günləri davam edir
Təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi,şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral – 4 mart 2022-ci il tarixində ümumtəhsil müəssisələrində idman həftəsinin keçirilməsinə start verilmişdir.298 nömrəli məktəb də idman həftəsinə xüsusi coşqu ilə qoşulmuşdur.
2 mart tarixində məktəbin fiziki tərbiyə müəllimləri Quliyeva Gülşən və Qurbanov Emin şagirdlər arasında voleybol yarışı təşkil etmişdir.