"İdman həftəsi"nə start verilib
Təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi,onlarda müsbət emosiyalarının dayanıqlı olması,idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi,şagirdlərin idmana olan marağının artırılması,sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral – 4 mart 2022-ci il tarixində ümumtəhsil müəssisələrində idman həftəsinin keçirilməsinə start verilmişdir. Məktəbimiz də idman həftəsinə xüsusi coşqu ilə qoşulmuşdur İdman həftəsinin ilk günü məktəbin fiziki tərbiyə müəllimi Quliyeva Gülşənin şagirdlərlə birlikdə səhər gimnastikası ilə başlandı.