20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş esse müsabiqəsi keçirilmişdir
20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında esse müsabiqəsi keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən Binəqədi Gənclər Evində keçirilmiş tədbirin məqsədi 20 Yanvar faciəsinin 32-ci ildönümünün yad edilməsi, gənclər arasında vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycan tarixinin təbliği və istedadlı şagirdlərin inşa-yazı sahəsində öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması olmuşdur.
Məktəbimizin 9B sinif şagirdi Nərmin Səmədova da həmin müsabiqədə iştirak etmiş,fərqlənmə diplomu qazanmışdır.