1 dekabr Ümumdünya QiÇS-lə Mübarizə günüdür.
31.11.2021-ci il tarixdə 1 dekabr Ümumdünya QiÇS-lə Mübarizə gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Tərbiyə işləri üzrə direktor müavini X.Rəhimbəyli, UBR Arzu Əliyeva, məktəbin praktik psixoloqu Sevinc Əzimova, məktəb həkimi Gülnarə Rüstəmova iştirak etdilər .S.Əzimova zərərli vərdişlər haqqında,X.Rəhimbəyli QİÇS-ə yoluxma yolları və xəstəliklə mübarizə yolları,G.Rüstəmova isə QİÇS-in profilaktikası haqda maarifləndirici söhbətlər apardılar. Çıxışçılar qeyd etdilər ki,QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərdən biridir.Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) QİÇS-lə mübarizə istiqamətində əhalinin məlumatlandırılması məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirirlər.