Şəhidin anım günü qeyd olunub

 Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında biliklərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə "27 sentyabr Anım Günün keçirilməsi", "8 noyabr Zəfər Gününün keçirilməsi " barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəbdə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq 11 Noyabrda 6c sinif rəhbəri Tünzalə Babayevanın təşkilatçılığı ilə Şəhid Orxan Babayevin Anım Günü qeyd olunmuşdur.

6c sinfinə adı verilmiş Orxan Babayev Şəhid Sərvan oğlu 2001-ci il aprel ayının 17-də Ağstafa rayonunun Qarahəsənli kəndində dünyaya gəlmişdir.Orxan 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdə öz qəhrəmanlığı,qorxmazlığı,vətəninə sevgisi ilə fərqlənmişdir.

Sentyabrın 27-də Vətən müharibəsi başlayan gündən qəhramancasına döyüşlərdə istirak etmişdir.Noyabrın 9-da müharibənin bitməsinə bir neçə saat qalmış Xocavənddə düsmənlə döyüş zamanı snayperdən açılan güllə nəticəsində sol ayağından ağır yaralanmışdır. Düşmən ilk gələn təcili yardım maşınını atəşə tutduğundan başqa bir təcili yardım maşını Orxanı xəstəxanaya aparsa da xəstəxananın həyətində əsgərimiz gözlərini həyata əbədi yummuşdur.11.11.2020-ci ildə şəhidimiz torpağa tapşırılmışdır.

Orxan ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə"medalları ilə təltif olunmuşdur.

11.11.2021-ci ildə İ.Məmmədov adına 298 N-li tam orta məktəbin 6c sinif şagirdləri şəhidin xatirəsini hörmətlə andılar. https://fb.watch/9ffoNXL3t_/

Şəhidimzlə fəxr edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi