"ZƏFƏR TARİXİ " ADLI İNTEQRATİV DƏRS TƏŞKİL OLUNDU

12.11.2021-ci il tarixdə İ.Məmmədov adına 298N-li məktəbin 7b sinfində tarix müəllimi Məmmədova Pərvanə, coğrafiya müəllimi Hacıyeva Şəbnəm və ədəbiyyat müəllimi Məmmədova Elnurənin birgə iştirakı ilə "Zəfər tarixi" adlı tarix,coğrafiya,ədəbiyyat fənlərinin qarşılıqlı inteqrasiyasına əsaslanan dərs təşkil olundu. Dərs prosesində İkinci Qarabağ müharibəsinin səbəbləri, ordumuzun rəşadəti, xalq, ordu və dövlət başçısının birliyi, bu birliyin gücü, zəfərə gedən yol, eləcə də, İkinci Qarabağ müharibəsi zamanı dünya dövlətlərinin bu müharibəyə münasibəti haqqında danışıldı.Qarabağın yerləşdiyi geosiyasi məkan, bu məkanın relyefi, yeraltı, yerüstü sərvətləri, zəngin florası, turizmin inkişafı və idtisadi potensialı ilə bağlı diskusiya keçirildi, qarşılıqlı fikirlər səsləndirildi. Qarabağ mövzusunun ədəbiyyatımızda əks olunması, qəhramanlıq, hünər səlnaməsinin müəllifi olan igidlərimizin bədii əsərlərdə tərənnümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ədəbiyyatımızın rolu vurğulandı.Dərs prosesində zəfər yolunu əks etdirən videoçarx, ədəbi ekran əsərlərindən kiçik nümunələr, özündə Qarabağın çoğrafiyasını əks etdirən videoslaydlar nümayiş etdirildi, şagirdlərin ifasında qəhrəmanlarımıza həsr edilmiş şeir nümunəsi təqdim olundu.Dərs hərbi vətənpərlik ruhunu əks etdirən şüarlar və musiqi parçasının səslənməsi ilə yekunlaşdı.Dərsin sonunda məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini şagirdlərə öz tövsiyyələrini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi