Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya təşkil olunub
Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə və "8 Noyabr Zəfər Gününün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq noyabrın 5-də tarix müəllimi Yeganə müəllimin təşkilatçılığı 8a sinfinin iştirakı ilə Zəfər Günü münasibətilə ədəbi-bədii kompozisiya təşkil olubdu.