Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş "Ələsgərəm, hər elmdən halıyam ..." adlı konfrans keçirilib
Məktəbin Aşıq Ələsgərin 200 illik yubleyi ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq aşığın həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirildi.
Konfrans 298 nömrəli məktəbin təşkilatçılığı ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunun, 314 və 299 nömrəli məktəblərin əməkdaşlığı çərçivəsində baş tutub.
Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi,f.ü.f.d. Ağazadə İlhamə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi,f.ü.f.d.Qənbərova Gülnar, Bakı şəhəri Pirnəzərov adına 299 N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Mirzəyeva,314 N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu Qurbanova və İ.Məmmədov adına 298 N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi ,eyni zamanda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi,f.ü.f.d Aytən Qurbanova aşığın həyat və yaradıcılığını müxtəlif aspektlərdən şərh edən məruzələrlə çıxış etdilər.
Qonaq qismində çıxış edən gənc aşıq Elməddin Göyçəlinin çıxışları konfransa xüsusi rəng qatdı.
Sonda məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək konfrans iştirakçıları və təşkiçatçılarına öz dərin təşəkkürünü bildirdi.