Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş debat keçirildi
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə əlaqədər məktəbdə tədbirlər planı hazırlanmışdır.
Tədbirlər planının 8-ci bəndinə uyğun olaraq məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi Səbinə Nuriyevanın təşkilatçılığı 9c sinfinin iştirakı ilə Aşıq Ələsgər irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində debat təşkil olundu.
Nuriyeva Səbinə şagirdlərə Aşıq Ələsgər yaradıcılığından söz açdı, sənətkara həsr olunmuş elmi, bədii əsərlərdən danışdı.Şagirdlər də öz növbəsində aşığın yaradıcılığından nümunələr səsləndirdilər.Tədbir boyu Ələsgərin portretini çəkən şagirdimiz isə tədbirin sonunda onu tamamlayaraq sərgiyə təhvil verdi.