MƏKTƏB KİTABXANASINDA DİSKUSİYA TƏŞKİL OLUNUB
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə əlaqədər məktəbdə tədbirlər planı hazırlanmışdır.
Tədbirlər planının 8-ci bəndinə uyğun olaraq məktəbin kitabxanasında kitabxana müdiri Həmidova Elmiranın və kitabxanaçı Cavadova Mənzərin təşkilatçılığı və 8a sinfinin iştirakı ilə Aşıq Ələsgər irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində diskusiya təşkil olundu.
Həmidova Elmira şagirdlərə Aşıq Ələsgər yaradıcılığından söz açdı, sənətkara həsr olunmuş elmi, bədii əsərlərdən danışdı.Şagirdlər də öz növbəsində aşığın yaradıcılığından nümunələr səsləndirdilər.