Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunub
Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə ümümməktəb tədbiri keçirildi.Tədbirin təşkilatçıları tarix müəllimi Pərvanə Məmmədova və musiqi müəllimi Sevinc İmanova idi.Tədbirdə 5-9 sinif şagirdləri vətənpərvərlik mahnıları oxudular,şeirlər söylədilər.Müstəqillik yolunu əks etdirən videoçarxlar nümayiş olundu.
Sonda məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək hər kəsi Müstəqqilliyin bərpası Günü münasibəti ilə təbrik etdi,tədbir iştirakçılarına uğurlar diləyərək onlara öz səmimi təşəkkürünü bildirdi.