Şəhidin Anım Günü qeyd olunub
13 okytabr 2021-ci il tarixində məktəbdə 5b sinfinin iştirakı və Qurbanova Nuriyyənin təşkilatçılığı ilə şəhid Nofəl Nuriyevin "Anım Günü" qeyd olundu.
2020-2021-ci il fəaliyyət planına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən igidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə məktəbin bütün siniflərinə şəhidlərin adı verilmişdir. Siniflərdə şəhid haqqında guşə hazırlanmışdır.Belə siniflərdən biri də 5b sinfidir.5b sinfi həkim-şəhidimiz Nofəl Nuriyevin adını daşıyır.Şəhidin əziz xatirəsi şagirdlər tərəfindən daima uca tutulur.Onlar hər tarix dərsində müəllimin
" - Zəfər fədaisi Nofəl Nuriyev ! səslənməsinə "Burda" deyərək cavabı ilə qarşılıq verirlər."
13 oktyabr tarixində isə şagirdlər şəhidin "Anım Günü"nü xüsusi qeyd etdilər.
İlk öncə məktəbin adını daşıdığı Birinci Qarabağ müharibəsi şəhidi İlqar Məmmədovun büstü önünə tər güllər qoyuldu.Daha sonra sinifdə tədbir məktəb rəhbərliyinin və tarix müəllimlərinin iştirakı ilə davam etdi.
Şagirdlər 44 günlük müharibədən məlumatlar bölüşdülər, Nofəl Nuriyev haqqında öyrəndiklərini danışdılar, şeirlər söylədilər və Zəfər yoluna həsr olunmuş video çarxlar izlədilər.Sonda məktəbin direktoru çıxış edərək hər kəsə dərin təşəkkürünü bildirdi.