Məktəbimizin müəllimi təltif olunub
Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Binəqədi rayonunda fəaliyyət göstərən məktəblərin bir qrup təhsil işçisi ilə görüş təşkil olunub.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsal İsmayılov, Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı Amal Əsəgrov və Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisəslərində məktəblilərin təlim-tərbiyəsi işində qazandığı nailiyyətlərə görə fərqlənən müəllimlər iştirak ediblər.
Təhsil sahəsində fərqlənən bir qrup müəllim Binəqədi Rayonu İcra Hakimiyyəti tərəfindən
"Fəxri Diplom", qiymətli hədiyyələrlə təltif olunub.Sevindirici haldır ki, bunlardan biri də məktəbimizin təsviri incəsənət müəllimi Səfərova Məlahətdir. Məlahət müəlliməni ürəkdən təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.