Məktəbimiz E-Twinning platformasına qoşuldu
Dünyanın müxtəlif yerlərindən müəllimləri və şagirdləri bir araya gətirən E-Twinning platformasına 298 nömrəli məktəb də qoşuldu.Məktəbimizin ingilis dili müəllimi Sahilə Aslanova və 4c sinfi,biologiya müəllimi Xatirə Hacıyeva və 5ç sinfi,Mahirə Nuriyeva və 6b sinfi GreenSTEM layihəsinin ortağı olaraq türk və azərbaycanlı müəllimlər və şagirdlərlə birlikdə ətraf aləmin qorunması mövzusunda müxtəlif həll yolları irəli sürəcəklər.Müəllimlərimizə və şagirdlərə uğurlar arzu edirik!